Son dəqiqə

sui-qəsd Terrorsuz Türkiyə PKK terror təşkilatı Akın Gürlek Muhsin Yazıcıoğlu

“Terrorsuz Türkiyə” prosesi fonunda keçmiş sui-qəsdlər yenidən gündəmdə

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyədə “Terorsuz Türkiyə” prosesi çərçivəsində terrorla mübarizənin yalnız silahlı qrupların fəaliyyətinin dayandırılması ilə məhdudlaşmamalı olduğu, eyni zamanda keçmişdə baş vermiş müəmmalı hadisələrin və sui-qəsdlərin də araşdırılmasının vacibliyi müzakirə olunur.

Türkiyə mediasında 40 il davam edən terror probleminin aradan qaldırılması ilə yanaşı, terroru qidalandırdığı iddia edilən strukturların və keçmişdə baş vermiş şübhəli hadisələrin araşdırılmasının əhəmiyyətinə diqqət çəkilir.

İddia olunur ki, Türkiyədə terror probleminin uzun müddət davam etməsində müxtəlif daxili və xarici amillərin rolu olub. PKK-nın fəaliyyətinin yalnız təşkilatın öz imkanları ilə izah edilə bilməyəcəyini, bəzi dövrlərdə müxtəlif qaranlıq strukturların bu prosesdən faydalandığı irəli sürülür.

Xüsusilə Türkiyədə tanınmış jurnalist Uğur Mumcunun qətli, BBP-nin keçmiş sədri Muhsin Yazıcıoğlunun ölümü və Polis Xüsusi Təyinatlılarının (PÖH) qurucusu Behçet Oktayın 2009-cu ildə baş vermiş ölümü ilə bağlı istintaq proseslərinə diqqət çəkilir.

Qeyd edilir ki, ədliyyə sistemində son dövrdə bəzi köhnə işlərə yenidən baxılması cəhdləri müşahidə olunur. Bu çərçivədə Ədliyyə naziri Akın Gürlekin müxtəlif şəxslərin ailələri ilə görüşləri və bəzi istintaq dosyelərinin yenidən gündəmə gəlməsi prosesin bir hissəsi kimi təqdim edilir.

Behçet Oktayın ölümü ilə bağlı iddialar

Türkiyə mediasında Polis Xüsusi Təyinatlılarının ilk rəhbəri Behçet Oktayın 2009-cu ildə ölümü ilə bağlı rəsmi “intihar” versiyasına etiraz edən fikirlər yer alır. Bəzi ekspert rəyləri, şahid ifadələri və sübutlarla bağlı mübahisələrin olduğunu iddia edilərək, hadisənin yenidən araşdırılmasının vacibliyi vurğulanır.

Həmçinin Oktayın FETÖ-yə qarşı sərt mövqedə olduğu və həmin strukturun Polis Xüsusi Təyinatlılarına nüfuz etməsinin qarşısını aldığı irəli sürülür.

Keçmiş cinayətlərin araşdırılması çağırışı

Bildirilir ki, terrorla mübarizədə əsas məqsəd yalnız PKK kimi təşkilatların fəaliyyətini dayandırmaq deyil, həm də terrora şərait yaradan səbəbləri və strukturları müəyyənləşdirmək olmalıdır.

Uğur Mumcu, Muhsin Yazıcıoğlu və Behçet Oktay hadisələrinin tam aydınlaşdırılmasının Türkiyənin yaxın tarixindəki bir sıra qaranlıq məqamların üzə çıxmasına kömək edə biləcəyi qeyd edilir.

Qeyd edək ki, Türkiyə mediasında səsləndirilən FETÖ və digər strukturların adı çəkilən hadisələrdəki mümkün rolu ilə bağlı iddialar müxtəlif dövrlərdə müzakirə edilib, lakin bu iddiaların hamısı məhkəmə qərarları ilə təsdiqlənməyib.

Mövzuya görə xəbərlər