BAKI,TurkicWorld
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürlek ilə görüşüb.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qonağı salamlayan nazir Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.







