Son dəqiqə

Türkiyə hava limanları Milas-Bodrum beynəlxalq hava limanı

Milas-Bodrum Hava Limanından istifadə edən sərnişinlərin sayı 3 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin noyabr ayındaTürkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 35 faiz artaraq, 3 milyon 820 min 233 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 7 faiz artaraq 1 milyon 961 min 583 nəfər, beynəlxalq reyslər üzrə isə 86 faiz artaraq 1 milyon 858 min 650 nəfər təşkil edib.

Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artaraq 42 min 873 ton təşkil edib. Bununla yanaşı, noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 18 min 298 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 83 dəfə artaraq, 24 min 575 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 34 min 749 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz azalaraq 17 min 835, beynəlxalq reyslər üzrə isə 62 faiz artaraq 16 min 914 olub.

2022-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 169 milyon 74 min 811 nəfər, yük dövriyyəsi isə 3 milyon 699 min 811 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Mövzuya görə xəbərlər