Son dəqiqə

Türkiyə hava limanları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin aprel ayında Türkiyənin Çukurova Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə artmayaraq, 1 milyon 684 min 23 nəfər olub.

Bu barədə TurkicWorld - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 1 milyon 350 min 995 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz azalaraq 333 min 28 nəfər təşkil edib.

2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 16 min 631 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 11 min 928 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 4 min 702 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 4 faiz azalaraq, 10 min 743 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı artmayaraq, 8 min 460, beynəlxalq reyslər üzrə isə 17 faiz azalaraq 2 min 283 olub.

2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.

Mövzuya görə xəbərlər