Son dəqiqə

Türkiyə limanları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə limanlarının statistikası Gəmilərin sayı

Türkiyə limanlarına iyulda 6 mindən çox gəmi daxil olub (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyul ayında Türkiyə limanlarına ümumilikdə 6 min 173 gəmi daxil olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hesabat dövründə Türkiyə bayrağı altında üzən 2 min 648 gəmi Türkiyə limanlarına daxil olub.

Digər ölkələrin bayraqları altında üzən gəmilərin sayı isə 3 min 525 gəmi təşkil edib.

Türkiyənin strateji coğrafi mövqeyi və Avropa ilə Asiyanı birləşdirən əsas dəniz ticarət yolları üzərində yerləşməsi ölkə limanlarında gəmi hərəkətliliyinin yüksək olmasına şərait yaradır.

Mövzuya görə xəbərlər