BAKI,TurkicWorld Orxan Qədirzadə
2026 - cı ilin iyun ayında Türkiyənin Tekirdağ limanı 23 milyon 527 min 541 ton yük qəbul edib.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən 690 min 90 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 9 milyon 454 min 152 ton yük daşınıb.
2026 - ci ilin iyun ayında Tekirdağ limanından tranzit 9 milyon 173 min 122 ton yük aşırılıb.






