Son dəqiqə

Türkiyə limanları Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları Türkiyə limanlarının yük qəbul etmə statistikası Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyə limanları iyulda 47 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyul ayında Türkiyə limanlarında qəbul edilən yüklərin ümumi həcmi 47 milyon 76 min 775 ton təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hesabat ayında Türkiyə bayrağı altında üzən gəmilər vasitəsilə limanlara 1 milyon 837 min 457 ton yük daşınıb.

Digər ölkələrin bayraqları altında üzən gəmilər vasitəsilə isə Türkiyə limanlarına 31 milyon 7 min 898 ton yük gətirilib.

İyul ayında Türkiyə limanlarında aşırılan tranzit yüklərin həcmi 6 milyon 452 min 631 ton olub.

Türkiyənin dəniz nəqliyyatı sektoru ölkənin xarici ticarətində əsas logistika kanallarından biri olaraq qalır. Ölkənin üç tərəfdən dənizlə əhatə olunması və Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqeyi Türkiyə limanlarının beynəlxalq yükdaşımalar baxımından əhəmiyyətini artırır.

Mövzuya görə xəbərlər