BAKI,TurkicWorld Orxan Qədirzadə
2026 - cı ilin iyun ayında Türkiyənin Kocaeli limanı 42 milyon 176 min 756 ton yük qəbul edib.
Bu barədə TurkicWorld -ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Kocaeli limanından Türkiyə bayrağı altında üzən 2 milyon 559 min 61 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 31 milyon 874 min 951 ton yük daşınıb.
2026 - ci ilin iyun ayında Kocaeli limanından tranzit 1 milyon 521 min 851 ton yük aşırılıb.






