Son dəqiqə

Türkiyə limanları Liviya Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları Türkiyə-Liviya müqaviləsi Türkiyə liman yük dövriyyəsi

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyul ayında Liviyadan Türkiyə limanlarına 1 milyon 361 min 66 ton yük daşınıb.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Daşınan yüklərin 1 milyon 285 min 712 tonu digər ölkələrin bayrağı altında üzən gəmilərlə, 55 min 727 tonu isə Türkiyə bayraqlı gəmilərlə çatdırılıb. Liviya bayraqlı gəmilərlə yük daşınmayıb, tranzit yük aşırılmayıb.

Ümumilikdə iyul ayında Türkiyə limanlarına 6 min 173 gəmi daxil olub. Onlardan 2 min 648-i Türkiyə, 3 min 525-i isə digər ölkələrin bayrağı altında üzən gəmilər olub.

Hesabat ayında Türkiyə limanlarında qəbul edilən yüklərin ümumi həcmi 47 milyon 76 min 775 ton, tranzit yüklərin həcmi isə 6 milyon 452 min 631 ton təşkil edib.

Mövzuya görə xəbərlər