Son dəqiqə

Beynəlxalq Hava Limanı Türkiyə hava limanları İstanbul Beynəlxalq Hava Limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hava limanında sərnişin rekordu

İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 48 milyondan çox sərnişin (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

İstanbul Hava Limanında 2026-cı ilin iyul ayında sərnişinlərin sayı 48 milyon 68 min 524 nəfərə çatıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Sərnişinlərin 38 milyon 16 min 797 nəfəri beynəlxalq, 10 milyon 51 min 727 nəfəri isə daxili reyslərin payına düşüb. Beynəlxalq sərnişin daşımaları 2 faiz artıb, daxili reyslər üzrə göstərici isə 0,4 faiz azalıb.

Hava limanında yük daşınması da illik müqayisədə 3 faiz artaraq 2 milyon 62 min 324 tona çatıb. Beynəlxalq yük daşımaları 4 faiz artıb, daxili daşımalar isə 2 faiz azalıb.

İyul ayında hava limanından ümumilikdə 306 min 78 uçuş həyata keçirilib. Türkiyənin bütün hava limanlarında isə sərnişin sayı 138 milyon 758 min 202, yük daşınması 3 milyon 27 min 448 ton olub

Mövzuya görə xəbərlər