Son dəqiqə

Türkiyə hava limanları Antalya Beynəlxalq Hava Limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə Statistika Təşkilatı (TÜİK)

4 milyondan çox müştəri Adnan Menderes Hava Limanından istifadə edib (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin aprel ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 4 milyon 457 min 582 nəfər olub.

Bu barədə TurkicWorld - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 71 min 456 nəfər, beynəlxalq reyslər üzrə isə 8,5 faiz azalaraq 3 milyon 386 min 126 nəfər təşkil edib.

2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 63 min 696 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq, 17 min 685 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz azalaraq, 46 min 11 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 1 faiz azalaraq, 40 min 47 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 15 min 876, beynəlxalq reyslər üzrə isə 8 faiz azalaraq 24 min 171 olub.

2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.

Mövzuya görə xəbərlər