BAKI,VOA Orxan Qədirzadə
2026-ci ilin may ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 19 milyon 313 min 385 nəfər olub.
Bu barədə VOA - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin may ayında hava limanının beynəlxalq reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 10 milyon 546 min 958 nəfər, daxili reyslər üzrə isə 13 faiz artaraq 8 milyon 766 min 427 nəfər təşkil edib.
2026-ci ilin may ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 198 min 420 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 60 min 721 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə artmayaraq, 137 min 699 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 6 faiz artaraq, 112 min 67 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 12 faiz artaraq, 49 min 239, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 62 min 828 olub.
2026-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 88 milyon 990 min 667 nəfər, yük daşınması isə 2 milyon 14 min 761 ton təşkil edib.





