Son dəqiqə

Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə-Suriya iqtisadi yatırımlar Türkiyədə Suriya kapitallı şirkətlər Suriya investorları Türkiyə bazarı Türkiyə xarici sərmayə statistikası Suriya şirkətlərinin Türkiyədə fəaliyyəti

Suriyalı investorların Türkiyəyə yatırımı 2 milyard lirəni keçib – ÖZƏL

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Suriya kapitallı 2836 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2816 şirkət çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Suriya kapitallı şirkətlərin ümumi kapitalı 2 milyard 695 milyon 645 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 19 milyon 550 min türk lirəsi olub.

TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan Suriya kapitallı şirkətlərin böyük hissəsi – 400 şirkət İstanbulda fəaliyyətə başlayıb.

"İstanbulda qeydiyyata alınan Suriya şirkətlərinin ümumi kapitalı 378 milyon 470 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.

Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan Suriya kapitallı şirkətlərin 1695-i ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər