BAKI,TurkicWorld Orxan Qədirzadə
2026 - cı ilin iyun ayında Türkiyənin Ambarlı limanı 17 milyon 617 min 630 ton yük qəbul edib.
Bu barədə TurkicWorld -ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 747 min 778 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 745 min 36 ton yük daşınıb.
2026 - ci ilin iyun ayında Ambarlı limanından tranzit 6 milyon 490 min 290 ton yük aşırılıb.



