BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Sinqapur kapitallı 19 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 şirkət çoxdur.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Sinqapur kapitallı şirkətlərin ümumi kapitalı 241 milyon 750 min türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 334 milyon 640 min türk lirəsi olub.
TOBB-un məlumatına görə, 2026-cı ilin ilk altı ayında qeydiyyata alınan Sinqapur kapitallı şirkətlərin böyük hissəsi – 18 şirkət İstanbulda fəaliyyətə başlayıb.
"İstanbulda qeydiyyata alınan Sinqapur şirkətlərinin ümumi kapitalı 237 milyon 550 min türk lirəsi təşkil edib", – deyə qurumdan bildirilib.
Məlumata əsasən, bu ilin yanvar–iyun aylarında Türkiyədə yaradılan Sinqapur kapitallı şirkətlərin 5-i ticarət sektorunda qeydiyyata alınıb. Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir.



