Son dəqiqə

TOBB Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə Ticarət və Sənaye Palatası Türkiyədə Rusiya kapitallı şirkətlər Rusiya sərmayəsi Türkiyə bazarı Türkiyə xarici investisiyalar İstanbulda Rusiya şirkətləri Türkiyə biznes mühiti Rusiya şirkətlərinin qeydiyyatı Türkiyə iqtisadiyyatı 2026

Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin ilk yarısında Türkiyədə Rusiya kapitallı şirkətlərin qeydiyyatında artım qeydə alınıb. Belə ki, yanvar–iyun aylarında ölkədə Rusiya sərmayəsi ilə 68 yeni şirkət yaradılıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palataları Birliyindən (TOBB) məlumat verilib.

Qurumun məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə qeydiyyata alınan Rusiya kapitallı şirkətlərin ümumi kapitalı 64 milyon 855 min türk lirəsi təşkil edib.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Rusiyaya məxsus yeni şirkətlərin ümumi kapitalı 39 milyon 972 min 300 türk lirəsi olub. Beləliklə, bir il ərzində həm şirkətlərin sayı, həm də yatırılan kapitalın həcmi artıb.

TOBB-un məlumatına əsasən, hesabat dövründə yaradılan Rusiya kapitallı şirkətlərin əksəriyyəti İstanbulda fəaliyyətə başlayıb. İlk altı ay ərzində İstanbulda 28 belə şirkət qeydiyyatdan keçib.

Qurum bildirib ki, İstanbulda yaradılan Rusiya kapitallı şirkətlərin ümumi kapitalı 17 milyon 650 min türk lirəsinə çatıb.

Məlumata görə, 2026-cı ilin ilk yarısında Türkiyədə yaradılan Rusiya kapitallı şirkətlərin 21-i ticarət sektorunda fəaliyyət göstərir.

Digər şirkətlər isə sənaye, logistika, xidmət, istehsal, informasiya texnologiyaları və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə fəaliyyətə başlayıb.

Ekspertlər qeyd edirlər ki, Türkiyə son illərdə xarici investorlar üçün regional biznes mərkəzi kimi mövqeyini gücləndirib. Ölkənin coğrafi mövqeyi, geniş bazara çıxış imkanları və istehsal potensialı müxtəlif ölkələrdən olan investorların marağını artıran əsas amillər sırasında yer alır.

Mövzuya görə xəbərlər