Son dəqiqə

Türkiyə hava limanları Antalya Beynəlxalq Hava Limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə Statistika Təşkilatı (TÜİK)

Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin iyul ayında Türkiyənin Antalya Hava Limanında sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz azalaraq 13 milyon 654 min 494 nəfər təşkil edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hesabat dövründə beynəlxalq reyslər üzrə sərnişin sayı illik müqayisədə 9,4 faiz azalaraq 10 milyon 296 min 77 nəfərə enib. Daxili reyslər üzrə sərnişin daşınması isə 8,6 faiz artaraq 3 milyon 358 min 418 nəfər olub.

2026-ci ilin iyul ayında Antalya Hava Limanında yük daşımalarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 6 faiz azalaraq 164 min 434 tona düşüb.

Bu dövrdə daxili reyslər üzrə yük daşınması 7,7 faiz artaraq 29 min 306 ton təşkil etdiyi halda, beynəlxalq reyslər üzrə yük daşınması 9 faiz azalaraq 135 min 127 tona enib.

Nazirliyin məlumatına əsasən, iyul ayında Antalya Hava Limanından həyata keçirilən uçuşların ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq 89 min 77 olub.

Hesabat dövründə daxili reyslər üzrə uçuşların sayı 11 faiz artaraq 24 min 834-ə yüksəlib, beynəlxalq reyslər üzrə uçuşların sayı isə 10,3 faiz azalaraq 64 min 243 təşkil edib.

Məlumata görə, 2026-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında ümumilikdə 111 milyon 906 min 664 sərnişinə xidmət göstərilib, yük daşımalarının həcmi isə 2 milyon 499 min 704 ton olub.

Mövzuya görə xəbərlər