Son dəqiqə

Türkiyə hava limanları Antalya Beynəlxalq Hava Limanı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Antalya hava limanında sərnişin axını artdı (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin mart ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 3 milyon 138 min 499 nəfər olub.

Bu barədə TurkicWorld -ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 1 milyon 491 min 332 nəfər, beynəlxalq reyslər üzrə isə 0,5 faiz azalaraq 1 milyon 647 min 167 nəfər təşkil edib.

2026-ci ilin mart ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 35 min 287 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 12 min 751 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 22 min 536 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər