Son dəqiqə

Sabiha Gökçen Havalimanı Türkiyə hava limanları Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Sərnişin sayı

Sabiha Gökçen hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin mart ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 11 milyon 577 min 775 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 16 faiz artaraq, 5 milyon 34 min 507 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 6 milyon 543 min 268 nəfər təşkil edib.

2026-ci ilin mart ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 127 min 542 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq, 37 min 273 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12 faiz artaraq, 90 min 269 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin mart ayı ilə müqayisədə 8 faiz artaraq, 66 min 143 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz artaraq, 27 min 740, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 38 min 403 olub.

2026-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 282 min 323 nəfər, yük daşınması isə 1 milyon 79 min 777 ton təşkil edib.

Mövzuya görə xəbərlər