Adana Beynəlxalq Hava Limanının yük dövriyyəsi 40 mindən çok artıb (ÖZƏL)

Adana Beynəlxalq Hava Limanının yük dövriyyəsi 40 mindən çok artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 14 faiz artaraq, 3 milyon 871 min 433 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 3 milyon 228 min 825 nəfər, beynəlxalq reyslər üzrə isə 52 faiz artaraq 642 min 608 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 44 min 655 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 33 min 42 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 11 min 613 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq, 44 min 158 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 15 faiz azalaraq 37 min 796, beynəlxalq reyslər üzrə isə 50 faiz artaraq 6 min 362 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.