Milas-Bodrum Hava Limanından istifadə edən sərnişinlərin sayı 2 milyonu ötüb

Milas-Bodrum Hava Limanından istifadə edən sərnişinlərin sayı 2 milyonu ötüb

Ankara. TurkicWorld:

2022-ci ilin iyul ayında Türkiyənin Muğla şəhərində yerləşən Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 52 faiz artaraq, 2 milyon 15 min 975 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 22 faiz artaraq 1 milyon 123 min 105 nəfər, beynəlxalq reyslər üzrə isə 1,2 dəfə artaraq 892 min 870 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz artaraq 21 min 972 ton təşkil edib. Bununla yanaşı, iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 10 min 258 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1,22 dəfə artaraq, 11 min 715 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq, 19 min 62 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz artaraq 10 min 514, beynəlxalq reyslər üzrə isə 82 faiz artaraq 8 min 548olub.

2022-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 96 milyon 441 min 737 nəfər, yük dövriyyəsi isə 2 milyon 197 min 247 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.