Son dəqiqə

Türkiyə hava limanları Milas-Bodrum beynəlxalq hava limanı

İyun ayında Milas Bodrum beynəlxalq hava limanından istifadə edən sərnişinlərin sayı kəskin artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci iliniyun ayında Türkiyənin Muğla şəhərinin Milas-Bodrum Beynəlxalq Hava Limanınıa gələn sərnişinlərin sayı 87 faiz artaraq, 1 milyon 294 min 521 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 48 faiz artaraq 792 min 590 nəfər, beynəlxalq reyslər üzrə isə 2,2 dəfə artaraq 501 min 931 nəfər təşkil edib.

Bu ilin iyun ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 dəfə artaraq 13 min 337 ton təşkil edib. Bununla yanaşı, iyun ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 49 faiz artaraq, 6 min 748 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2,3 dəfə artaraq, 6 min 589 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 53 faiz artaraq, 11 min 981 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 25 faiz artaraq 7 min 327, beynəlxalq reyslər üzrə isə 1,4 dəfə artaraq 4 min 654 olub.

2022-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 75 milyon 91 min 175 nəfər, yük dövriyyəsi isə 1 milyon 767 min 514 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Mövzuya görə xəbərlər