Bakı. TurkicWorld:
2024-cü ilin aprel ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artaraq, 1 milyon 625 min 651 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz artaraq 1 milyon 356 min 545 nəfər, beynəlxalq reyslər üzrə isə 54 faiz artaraq 269 min 106 nəfər təşkil edib.
2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 16 min 452 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 12 min 568 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 3 min 884 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 4 faiz artaraq, 14 min 919 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz artaraq 12 min 662, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 2 min 257 olub.
Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.