Bakı. TurkicWorld:
2024-cü ilin aprel ayında Türkiyənin Muğla Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq, 524 min 506 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq 453 min 987 nəfər, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 70 min 519 nəfər təşkil edib.
2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 3 min 948 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq, 3 min 194 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 43 faiz artaraq, 755 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 15 faiz artaraq, 5 min 596 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 15 faiz artaraq 4 min 846, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 750 olub.
Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.