Bakı. TurkicWorld:
2024-cü ilin aprel ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 24 milyon 263 min 498 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 14 faiz artaraq 5 milyon 57 min 817 nəfər, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 19 milyon 205 min 681 nəfər təşkil edib.
2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 986 min 846 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 59 min 664 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, 927 min 182 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 12 faiz artaraq, 163 min 28 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq 36 min 615, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 126 min 413 olub.
Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.