BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-ci ilin may ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 32 milyon 802 min 275 nəfər olub.
Bu barədə TurkicWorld - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin may ayında hava limanının beynəlxalq reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 2 faiz artaraq, 26 milyon 112 min 252 nəfər, daxili reyslər üzrə isə 3,2 faiz artaraq 6 milyon 690 min 23 nəfər təşkil edib.
2026-ci ilin may ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 1 milyon 434 min 332 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 78 min 987 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 3 faiz artaraq, 1 milyon 355 min 344 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2026-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 2 faiz artaraq, 216 min 603 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq, 47 min 625, beynəlxalq reyslər üzrə isə 1 faiz artaraq 168 min 978 olub.
2026-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 88 milyon 990 min 667 nəfər, yük daşınması isə 2 milyon 14 min 761 ton təşkil edib.





