Bakı. TurkicWorld:
2024-cü ilin mart ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 1 milyon 196 min 964 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 29 faiz artaraq 1 milyon 1 min 637 nəfər, beynəlxalq reyslər üzrə isə 44 faiz artaraq 195 min 327 nəfər təşkil edib.
2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 11 min 919 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 9 min 94 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 25 faiz artaraq, 2 min 825 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 2 faiz artaraq, 11 min 76 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz artaraq 9 min 421, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 1 milyon 655 olub.
Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon 966 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.