Bakı. TurkicWorld:
2024-cü ilin fevral ayında Türkiyənin Muğla Milas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 188 min 387 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 14 faiz artaraq 182 min 624 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz azalaraq 5 min 763 nəfər təşkil edib.
2024-cü ilin fevral ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 1 311 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 1 278 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 29 faiz azalaraq, 32 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 12 faiz artaraq, 2 min 154 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz azalaraq 2 min 61, beynəlxalq reyslər üzrə isə 22 faiz azalaraq 93 olub.
Bu ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 29 milyon 487 min 97 nəfər, yük dövriyyəsi isə 662 min 353 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.