Fevral ayında Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 milyonu ötüb (ÖZƏL)

Fevral ayında Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 1 milyonu ötüb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artaraq, 1 milyon 700 min 434 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 28 faiz artaraq 1 milyon 269 min 149 nəfər, beynəlxalq reyslər üzrə isə 54 faiz artaraq 431 min 285 nəfər təşkil edib.

2024-cü ilin fevral ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 19 min 330 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 12 min 927 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 19 faiz artaraq, 6 min 403 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 9 faiz artaraq, 10 min 74 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq 7 min 277, beynəlxalq reyslər üzrə isə 36 faiz artaraq 2 min 797 olub.

Bu ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 29 milyon 487 min 97 nəfər, yük dövriyyəsi isə 662 min 353 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01