Fevral ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Fevral ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin fevral ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq,11 milyon 776 min 825 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz artaraq 2 milyon 423 min 993 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 9 milyon 352 min 832 nəfər təşkil edib.

2024-cü ilin fevral ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 483 min 734 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz azalaraq, 27 min 653 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 28 faiz artaraq, 456 min 81 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 6 faiz artaraq, 79 min 49 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz azalaraq 17 min 497, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 61 min 552 olub.

Bu ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 29 milyon 487 min 97 nəfər, yük dövriyyəsi isə 662 min 353 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01