Son dəqiqə

Özəl Türkiyə hava limanları Adana Beynəlxalq Hava Limanı

Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 416 min 134 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 21 faiz artaraq 348 min 483 nəfər, beynəlxalq reyslər üzrə isə 47 faiz artaraq 67 min 651 nəfər təşkil edib.

2024-cü ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 4 min 92 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq, 3 min 156 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 29 faiz azalaraq, 936 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 9 faiz azalaraq, 3 min 199 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz azalaraq 2 min 674, beynəlxalq reyslər üzrə isə 30 faiz artaraq 525 olub.

Bu ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 5 milyon 508 min 28 nəfər, yük dövriyyəsi isə 55 min 335 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər