Son dəqiqə

Özəl Türkiyə hava limanları Milas-Bodrum beynəlxalq hava limanı

Yanvar ayında Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 100 minə çatıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin Muğla Mİlas-Bodrum Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 91 min 415 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək 88 min 334 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz azalaraq 3 min 81 nəfər təşkil edib.

2024-cü ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 663 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 645 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 28 faiz azalaraq, 18 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 7 faiz artaraq, 1 018 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz artaraq 978, beynəlxalq reyslər üzrə isə 30 faiz azalaraq 40 olub.

Bu ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 5 milyon 508 min 28 nəfər, yük dövriyyəsi isə 55 min 335 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər