Bakı. TurkicWorld:
2023-cü ilin dekabr ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 faiz artaraq, 4 milyon 713 min 817 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 19 faiz artaraq 3 milyon 835 min 378 nəfər, beynəlxalq reyslər üzrə isə 36 faiz artaraq 878 min 439 nəfər təşkil edib.
2023-cü ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 49 min 198 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 36 min 311 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 12 min 888 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 46 min 791 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz dəyişərək 39 min 274, beynəlxalq reyslər üzrə isə 2 faiz dəyişərək 7 min 517 olub.
2023-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.