Bakı. TurkicWorld:
2023-cü ilin dekabr ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 faiz artaraq, 76 milyon 236 min 980 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 13 faiz artaraq 18 milyon 22 min 61 nəfər, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 58 milyon 214 min 919 nəfər təşkil edib.
Ötən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 2 milyon 670 min 529 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıraraq, 219 min 113 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 2 milyon 451 min415 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq, 506 min 55 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 15 faiz artaraq 126 min 343, beynəlxalq reyslər üzrə isə 20 faiz artaraq 379 min 712 olub.
2023-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.