Bakı. TurkicWorld:
2023-cü ilin sentyabr ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 20 faiz artaraq, 3 milyon 513 min 231 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 2 milyon 853 min 650 nəfər, beynəlxalq reyslər üzrə isə 33 faiz artaraq 659 min 581 nəfər təşkil edib.
Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 37 min 563 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 27 min 676 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 9 min 887 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 35 min 761 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 8 faiz dəyişərək 29 min 995, beynəlxalq reyslər üzrə isə 4 faiz azalaraq 5 min 766 olub.