Son dəqiqə

Özəl Türkiyə hava limanları Adnan Menderes Hava Limanı

Sentyabr ayında Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 9 faiz artaraq, 8 milyon 254 min 545 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 4 milyon 926 min 550 nəfər, beynəlxalq reyslər üzrə isə 10 faiz artaraq 3 milyon 327 min 995 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 113 min 126 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 57 min 198 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 7 faiz dəyişərək, 55 min 928 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 55 min 974 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq 33 min 926, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 22 min 678 olub.

2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər