Son dəqiqə

Özəl Türkiyə hava limanları Adana Beynəlxalq Hava Limanı

İyul ayında 2 milyondan çox sərnişin Adana Beynəlxalq Hava Limanından istifadə edib (ÖZƏL)

Bakı, TurkicWorld:

2023-cü ilin iyul ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 18 faiz artaraq, 2 milyon 263 min 761 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 17 faiz artaraq 2 milyon 185 min 12 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 447 min 749 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 20 min 957 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 20 min 957 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 6 min 849 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 27 min 368 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 14 faiz dəyişərək 23 min 254, beynəlxalq reyslər üzrə isə 7 faiz azalaraq 4 min 111 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər