Son dəqiqə

Özəl Türkiyə hava limanları İstanbul Beynəlxalq Hava Limanı

İyul ayında İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Ankara, TurkicWorld:

2023-cü ilin iyul ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 26 faiz artaraq, 43 milyon 326 min 198 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 10 milyon 614 min 115 nəfər, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 32 milyon 712 min 83 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 1 milyon 461 min 186 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq, 131 min 661 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 2 faiz azalaraq, 1 milyon 329 min 525 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq, 290 min 11 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 22 faiz artaraq 75 min 351, beynəlxalq reyslər üzrə isə 26 faiz artaraq 214 min 660 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər