Son dəqiqə

İsrail Livan Donald Tramp Livan-İsrail münasibətləri Cozef Aun atəşkəs cənubi Livan ABŞ vasitəçiliyi

Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun ABŞ vasitəçiliyi ilə İsraillə əldə olunan çərçivə razılaşmasını tarixi addım kimi qiymətləndirib. O, sənədin Livan və İsrail arasında düşmənçilik vəziyyətinə son qoymaq məqsədi daşıdığını bildirib.

TurkicWorld xəbər verir ki, Cozef Aun ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransı zamanı Vaşinqtonun vasitəçiliyi ilə imzalanan çərçivə razılaşmasına toxunub.

Aun Donald Trampa və onun komandasına təşəkkür edərək, bu razılaşmanın “Livan və İsrail arasında düşmənçilik vəziyyətinə birdəfəlik son qoymaq” məqsədi daşıdığını bildirib.

Livan prezidenti qeyd edib ki, bu razılaşma Trampın irsi kimi tarixə düşə bilər. O, regionda sabitlik və təhlükəsizliyin təmin olunmasının vaxtının çatdığını vurğulayıb.

Aun bildirib ki, Livan və ABŞ rəhbərliyinin sülh və sabitlik istiqamətində eyni baxışları var və birgə fəaliyyətlə bu məqsədə nail olmaq mümkündür.

Daha əvvəl bildirilib ki, ABŞ razılaşması çərçivəsində İsrail qüvvələrinin ərazidən geri çəkilməsindən sonra Livan ordusu ölkənin cənubundakı Zəvtər əl-Qərbiyyə qəsəbəsində yerləşməyə başlayıb.

Razılaşmaya əsasən, Livan ordusunun cənub bölgələrində təhlükəsizliyə nəzarəti mərhələli şəkildə üzərinə götürməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər