Son dəqiqə

İsrail Livan Yaxın Şərq Livan-İsrail münasibətləri atəşkəs cənubi Livan Livan Ordusu Zəvtər əl-Qərbiyyə

İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın cənubundakı Froun qəsəbəsinin meri İsrail qüvvələrinin bölgədən tam çəkilmədiyini bildirib. O, Livan ordusunun bəzi yaşayış məntəqələrinə yerləşdirilməsi ilə bağlı açıqlamaların hələ reallığı əks etdirmədiyini deyib.

TurkicWorld xəbər verir ki, Froun qəsəbəsinin meri Həsən Bəzzi “Əl-Cəzirə”yə açıqlamasında Livan ordusunun Zəvtər əl-Qərbiyyə qəsəbəsində hələ yerləşməyə başlamadığını bildirib. Onun sözlərinə görə, buna səbəb İsrail qüvvələrinin qəsəbənin ətraf ərazilərindən hələ çıxmamasıdır.

Bəzzi Livan ordusunun bölgədə nəzarəti bərpa etməsi ilə bağlı yayılan məlumatları tənqid edib və Frounda vəziyyətin dəyişmədiyini bildirib. O qeyd edib ki, hazırda hər hansı yeni inkişaf baş verməyib.

Bundan əvvəl Livan ordusu İsrail nəzarətində olan cənub yaşayış məntəqələrinə yenidən daxil olduğunu açıqlamışdı. Lakin yerli rəsmilər bəzi ərazilərdə İsrail qüvvələrinin mövqelərini qoruduğunu bildirirlər.

Livanın cənubunda İsrailin nəzarətində olan ərazilərin təhvil verilməsi məqsədilə “pilot zonalar” üzrə fəaliyyətə bazar ertəsi başlanıldığı açıqlanıb. Bu addım bölgədə sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər