BAKI,TurkicWorld
ABŞ və İran arasında növbəti dolayı danışıqlar raundu sentyabrın 28-də keçiriləcək.
Bu barədə Axios portalı Yaxın Şərqdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Qətərli vasitəçilər Vaşinqtonla Tehran arasında razılaşmaya nail olmağa çalışaraq "məkik diplomatiyası"nı davam etdirirlər. Onlar sentyabrın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla ayrı-ayrılıqda görüşlər keçirəcəklər.
Portal qeyd edir ki, danışıqlar zamanı tərəflərin mövcud fikir ayrılıqlarını aradan qaldıra biləcəyi hələlik məlum deyil.







