Son dəqiqə

İsrail humanitar yardım Qəzza mediasiya pozuntular Qəzza Media Ofisi

İsrail 3 465 dəfə atəşkəsi pozub - Qəzza

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza Media Ofisi bildirib ki, 2025-ci il oktyabr ayında qüvvəyə minmiş atəşkəsdən bəri İsrail ordusu 3 465 dəfə “atəşkəs”i pozub.

TurkicWorld xəbər verir ki, bu müddət ərzində azı 1 045 Fələstinli ölüb, 3 380 nəfər yaralanıb.

Humanitar yardım məsələsində isə ABŞ vasitəçiliyi ilə razılaşdırılmış 156 000 yük maşınından yalnız 55 539-u İsrail tərəfindən Qəzza zolağına daxil olmağa icazə verilib.

Qəzza Media Ofisi İsrailin Qəzza zolağında “sistemli məhv siyasəti”ni pisləyərək vasitəçiləri İsrailin sazişdə öhdəsinə götürdüyü bütün maddələri yerinə yetirməyə çağırıb.

Mövzuya görə xəbərlər