Son dəqiqə

ABŞ Birləşmiş Ərəb Əmirlikləri Küveyt Bəhreyn Körfəz Əməkdaşlıq Şurası Marko Rubio Hörmüz boğazı

Rubio Bəhreyn, Küveyt və BƏƏ-yə səfər edəcək

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Dövlət katibi Marko Rubio sabah Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində o, Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Bəhreyndə keçiriləcək iclasında iştirak edəcək.

Məlumata görə, Rubio səfər zamanı ABŞ–İran arasında imzalanmış anlaşma memorandumunu və Hörmüz boğazı ilə bağlı məsələləri müzakirə edəcək.

Görüşlərdə regional təhlükəsizlik və enerji axınlarının sabitliyi də əsas gündəm mövzuları olacaq.

ABŞ tərəfi Körfəz ölkələri ilə koordinasiyanı gücləndirməyi prioritet hesab edir.

Mövzuya görə xəbərlər