Son dəqiqə

aviareyslər Küveyt Səudiyyə Ərəbistanı Ər-Riyad uçuşların ləğvi Kuwait Airways Kral Xalid Beynəlxalq Hava Limanı

Kuwait Airways Ər-Riyada uçuşları təhlükəsizlik səbəbindən ləğv edib

BAKI,TurkicWorld

Küveytin milli aviadaşıyıcısı “Kuwait Airways” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada və əks istiqamətə həyata keçirilməli olan iki aviareysi ləğv edib.

TurkicWorldxəbər verir ki, aviaşirkət qərarın təhlükəsizlik vəziyyəti ilə əlaqədar hava limanının bağlanması səbəbindən qəbul edildiyini açıqlayıb.

Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı da sərnişinlərə xəbərdarlıq edərək hava limanına yollanmazdan əvvəl reyslərinin statusunu dəqiqləşdirməyi tövsiyə edib.

Xatırladaq ki, oktyabrın 8-də husilərin Kral Xalid Beynəlxalq Hava Limanına hücumları nəticəsində biri pilot olmaqla üç Səudiyyə Ərəbistanı vətəndaşı həlak olub.

Mövzuya görə xəbərlər