Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Məhəmməd bin Salman Husilər

Türkiyə husilərin hücumları qarşısında Səudiyyə Ərəbistanının yanında olacaq - Rəcəb Tayyib Ərdoğan

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yəməndəki husilərin hücumları fonunda ölkəsinin Səudiyyə Ərəbistanına dəstəyini davam etdirəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu barədə oktyabrın 13-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı zamanı bəyan edib.

Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını ən sərt şəkildə pisləyib.

Türkiyə lideri mövcud çətinliklərin aradan qaldırılacağına inandığını vurğulayaraq Ankaranın krallıqla həmrəy olduğunu bildirib.

Qeyd edək ki, NATO üzvü olan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqust ayında «Məkkə Müdafiə İttifaqı» adlı birgə müdafiə sazişi imzalayıblar.

Sazişə əsasən, tərəflərdən birinə qarşı həyata keçirilən hücum bütün iştirakçı ölkələrə qarşı hücum kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər