BAKI,TurkicWorld
ABŞ Prezidenti Donald Trampın noyabrda keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini açıqlamasından sonra dünya bazarında neft qiymətləri aşağı düşüb.
TurkicWorld xəbər verir ki, “Brent” markalı neftin fyuçerslərinin qiyməti 1,10 dollar və ya 1,1 faiz azalaraq bir barel üçün 103,18 dollara enib.
ABŞ-ın Qərbi Texas nefti (WTI) üzrə fyuçerslərinin qiyməti isə 0,49 dollar və ya 0,5 faiz ucuzlaşaraq bir barel üçün 91 dollara düşüb.
Qiymətlərin azalması cümə axşamı keçirilən hərraclarda neftin əhəmiyyətli dərəcədə bahalaşmasından sonra qeydə alınıb.
Bazar iştirakçıları Trampın açıqlamasını ABŞ və İran arasında hərbi gərginliyin yaxın müddətdə artması ehtimalının azalması kimi qiymətləndirirlər. Bununla belə, regiondakı geosiyasi qeyri-müəyyənlik neft bazarına təsir göstərən əsas amillərdən biri olaraq qalır.







