Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

BAKI,TurkicWorld

Xəzərin nadir ekosisteminin qorunması bürün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında bildirib.

Son illərdə Xəzəryanı ölkələrin geniş hüquqi çərçivə yaratdığını vurğulayan dövlətimizin başçısı Azərbaycanın demək olar bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfi olduğunu deyib. Prezident İlham Əliyev, həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, bu, beş Xəzəryanı dövlətin uzun illər davam edən birgə işinin nəticəsidir.

Mövzuya görə xəbərlər