Bakı,TurkicWorld
Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən mühüm sənəd imzalanıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çərşənbə axşamı "Instagram" səhifəsində yazıb.
"Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən mühüm sənəd imzalandı.
Razılaşma çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçirilməsi, arxiv işi və tarixi sənədlərin tədqiqi, mühafizəsi və rəqəmsallaşdırılması sahələrində qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması nəzərdə tutulur. Eyni zamanda gənc mütəxəssislərimizin Vatikanın mədəni irs və arxiv elmləri, kitab və əlyazmaların kataloqlaşdırılması üzrə proqramlarında iştirakı təşviq ediləcək", - deyə paylaşımda qeyd olunub.







