Son dəqiqə

Azərbaycan Heydər Əliyev Mərkəzi Anar Ələkbərov 44 bədii filmi Azərbaycan kino premyerası

"44" bədii filminin premyerasının vaxtı məlum olub (FOTO)

BAKI,TurkicWorld

Vətən müharibəsindən bəhs edən "44" bədii filminin premyerası oktyabrın 1-də baş tutacaq.

Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov "Instagram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz dostlar!

1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində "44" bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq. Daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq.

Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik.

İlk tizer artıq sabah paylaşılacaq!"

Mövzuya görə xəbərlər