Bakı,TurkicWorld
ABŞ senatoru Deyv Makkormik Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin işə salınması münasibətilə təbrik edib.
"Bu gün "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin işə salınması münasibətilə Ağ Evi, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı təbrik edirəm. TRIPP Azərbaycanda və Ermənistanda ticarətin, nəqliyyatın, enerji və rəqəmsal bağlantıların inkişafına, eləcə də sülhün və rifahın möhkəmləndirilməsinə töhfə verəcək", - deyə Makkormik "X" sosial şəbəkəsində yazıb.





